Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müzadil Həsənovun bitməyən Milli Yaylaq "oyunu"

Müzadil Həsənovun bitməyən Milli Yaylaq "oyunu"


Bir neçə ildir ki, ənənəvi olaraq keçirilən Milli Yaylaq Festivalı bu dəfə də müsbət tərəflərindən daha çox, əyər-əskiklikləri, problemləri ilə yadda qaldı. Ümumiyyətlə, festival təşkil edilən ilk ildən etibarən bir dəfə də olsun qüsursuz yekunlaşmayıb. Düzdür, deyə bilərsiniz ki, istənilən tədbirdə xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Bununla razıyam. Ancaq həmin xoşagəlməz hadisələr Milli Yaylaq Festivalının keçirildiyi hər il təkrar olunursa, deməli burada təşkilati işlərin yarıtmazlığı əsas müzakirə mövzusudur.

Məlumat üçün qeyd edək ki, Milli Yaylaq Festivalı layihəsinin rəhbəri Müzadil Həsənov adlı şəxsdir. Müzadil Həsənov Azərbaycan cəmiyyətində bir neçə il əvvəl keçirilən parlament seçkilərində deputatlığa namizəd kimi tanındı. Ancaq Həsənovun deputat olmaq arzusu reallaşmadı. Nədən ki, Müzadil Həsənov Milli Yaylaq Festivalında olduğu kimi parlament seçkilərində də ciddi nöqsanları ilə diqqət çəkdi. Araşdırma zamanı məlum oldu ki, cənab Həsənov həm də Rusiya Federasiyasının vətəndaşıdır. Bu azmış kimi Həsənov seçkilərin ilkin mərhələsində bunu cəmiyyətdən gizlədibmiş. Həm qanunvericiliyin pozulması, həm də cəmiyyətə yalan məlumat vermək. İndi təsəvvür edin Müzadil Həsənov deputat seçilsə hansı pozuntulara imza atacaqdı.

Qayıdaq Milli Yaylaq Festivalına. Bu festival Azərbaycanın milli-mədəni irsinin, köçəri həyat tərzinin və etnoqrafik dəyərlərinin tanıdılması məqsədilə həyata keçirilən ən iri layihələrdən biri hesab olunur. Açığı deyək festivala Türk dünyasından da böyük maraq var. Burada yenə diqqəti Müzadil Həsənovun vaxtı ilə Rusiya Federasiyasının vətəndaşı olmasına yönəldərək haqlı sual verə bilərik? Rusiya vətəndaşı olan, bu ölkəyə sevgisini açıq şəkildə ortaya qoyan birisi milli-mədəni irsin, köçəri həyat tərzinin və etnoqrafik dəyərlərinin tanıdılmasında nə dərəcədə maraqlı ola bilər? Hər dəfə festivalda yaşanan ciddi problemlər əslində həmin dəyərlərin gözdən salınmasına hesablanmayıbmı? Yaxud, Müzadil Həsənovun Rusiyaya bağlı biri olduğunu bilənlər onu necə milli dəyərlərin təbliği layihəsinin rəhbəri olmasına şərait yaradıblar? Suallar çoxdur, cavab isə təəssüf ki, yoxdur.

Milli Yaylaq Festivalının həm ilk ilində, həm də sonuncusu zamanı nəqliyyat planının düzgün təşkil edilməməsi layihə rəhbərinin təşkilatçılığının zəif olmasından irəli gəlir. Müzadil Həsənovun bir neçə il paytaxtda nəqliyyat sektorunda çalışdığını nəzərə alsaq, o zaman Milli Yaylaq Festivalında ən azı nəqliyyat planının düzgün şəkildə təşkil ediləcəyinə ümid etmək olardı. Ancaq heç bir festivalda ümidlər özünü doğrultmadı. Festivalin ilk dəfə keçirildiyi günlərində sosial şəbəkələrdə yayılan görüntülər kilometrlərlə uzanan avtomobil növbələrini əks etdirirdi.

İştirakçılar tədbir məkanına çatmaq üçün saatlarla gözlədiklərini, bəzi hallarda geri qayıtmağa məcbur olduqlarını yazırdılar. Halbuki, bu cür kütləvi tədbirlərdə əvvəlcədən hazırlanmış nəqliyyat planı, ehtiyat parklanma sahələri və alternativ marşrutlar vacibdir. Baxmayaraq ki, Müzadil Həsənov yuxarıda qeyd etdiyimiz kimi bir müddət paytaxtın nəqliyyat sektorunda çalışmışdı, ancaq festivalda nəqliyyat planının bərbad vəziyyətdə olduğu üzə çıxdı. Bu həm də o qənaəti formalaşdırır ki, Müzadil Həsənov paytaxtın nəqliyyat sektorunda çalışdığı zaman da işinin öhdəsindən gələ bilməyib və Bakının nəqliyyat sistemini iflic vəziyyətinə salan şəxslərdən biri də məhz Həsənov olub.

Bütün bunları nəzərə alaraq Milli Yaylaq Festivalı layihəsinin rəhbəri Müzadil Həsənova, eləcə də ona raxa-dayaq duran şəxslərə bir neçə suallarımız var.

Logistika planı əvvəlcədən hansı hesablamalar əsasında hazırlanmışdı?
Ziyarətçi sayı düzgün qiymətləndirilmişdimi?
Təşkilatçılıq zamanı hansı çatışmazlıqlar etiraf edildi və ya sonrakpı illərdə aradan qaldırıldı?

Süleyman İsmayılbəyli
Xəbəri paylaş