
Bu ilin yanvar-iyun aylarında 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə "Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onlardan 22 690-ı pensiya, 65 564-ü müavinət və 8 954-ü təqaüd təyinatıdır.












































