Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsinin Xəzərə çatması təhlükəli tendensiyalardan xəbər verir

Rusiya-Ukrayna müharibəsinin Xəzərə çatması təhlükəli tendensiyalardan xəbər verir


“Rusiya-Ukrayna müharibəsinin Xəzər dənizinə gəlib çatması çox təhlükəli tendensiyalardan xəbər verir. Həm Moskva, həm də Kiyev qəti şəkildə hərbi qarşıdurmanı Xəzər dəbizinə doğru daçımamalıdır”.

Bunları Newscenter.az- a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, tərəflərin Xəzər dənizində bir-birinə güc tətbiq etməsi dəniz vasitəsilə daşımalara öz mənfi təsirini göstərəcək və yataqlarda qazma işlərinin aparılmasını təhlükəli həddə çatdıracaq:

“Bu da nəticə etibarilə neft qiymətləri və daşıma xərclərinin artmasına, hətta prosesin əngəllənməsinə təsirsiz ötüşməyəcək. Digər tərəfdən Rusiya-Ukrayna qarşıdurmasının Xəzər dənizinə gəlib çatması həm də 5 sahilyanı dövlətin Xəzərin hərbisizləşdirilməsi ilə bağlı əldə etdiyi Konvensiyaya ziddir”.

Arzuman Muradlı onu da bildirib ki, bir müddət əvvəl Qara dənizdə də anoloji hadisə yaşanıb və qeyri-hərbi obyektə, taxıl daşıyan gəmiyə zərbə endirilib:

“Tərəflərin qarşıdurma zamanı qeyri-hərbi obyektlərə zərbə endirməsi müharibə qanunlarına da ziddir. Həm Rusiya, həm də Ukrayna tərəfi mütləq şəkildə bunu nəzərə almalıdır. Onsuz da Hörmüz boğazı ətrafında yaranan gərginlik neft və digər məhsulların daşımasında ciddi problemlər yaradıb. Belə olan təqdirdə Xəzər dənizi vasitəsilə malların Bakı limanına çatdırılması, oradan isə quru yolu ilə daşınması səmərəli marşrut hesab edilir. İndiki halda hərbi qarşıdurmanın Xəzərə gəlib çatması neft tədarükü və daşınmasında həm ictehsalçı, həm də alıcı dövlətlər üçün ciddi problemlər yaratmış olacaq”.

Politoloq hesab edir ki, Rusiya-Ukrayna qarşıdurmasının Xəzər dənizinə keçməsi müharibənin əhatə dairəsi və miqyasını genişləndirə bilər:

“Bu isə qətiyyən arzuedilən deyil və dağıdıcı fəlakətlərə yol aça bilər”.

Süleyman
Xəbəri paylaş