Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın regional və qlobal çəkisi artır

Azərbaycanın regional və qlobal çəkisi artır



“Müxtəlif regionlarda baş verən münaqişələr və həmin münaqişələrin ümumi nizama təsiri, ənənəvi enerji və yükdaşımaların təhlükə qarşısında qalması bu istiqamətdə alternativ marşrutlara diqqəti atırır. Bu mənada Azərbaycan xüsusi çəkiyə və diqqət mərkəzində olan ölkəyə çevrilir. Son bir ay ərzində istər ölkəmizə baş tutan yüksəksəviyyəli səfərlər, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə səfərə dəvət edilməsi məhz bu maraq və Bakının regional və qlobal miqyasda rolunun artmasının göstəricisidir”.

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, bir müddət əvvəl Azərbaycan Liderinin Almaniyaya, ardınca isə Qırğızıstana dövlət səfərinə dəvət olunması məhz bu maraq, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda xüsusi çəkiyə malik olmasından irəli gəlir:

“Bildiyiniz kimi Rusiya-Ukrayna münaqişəsi Avropanın enerji təminatında ciddi təhdidlər yaradıb. Qoca qitə öz enerji təhlükəsizliyini təmin etmək üçün alterntiv variant olaraq Azərbaycanı ən optimal ölkə kimi görür. Bu gün Avropanın 10-dan artıq ölkəsi Azərbaycan qazının alıcısı kimi özünün enerji təhlükəsizliyini təmin edir. Qarşıdakı müddətdə Rusiya-Ukrayna müharibəsinin başa çatması ehtimalının mümkünsüz görünməsi Almaniyanı Azərbaycan qazının alıcısı kimi maraqlı edib. Bu səbəbdən Berlin Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verərək Bakı ilə münasibətlərin daha da genişləndirilməsində maraqlı görünür”.

Politoloq deyib ki, Bakıya olan diqqət və maraq eyni dərəcədə Mərkəzi Asiyadan da görünür:

“Mərkəzi Asiyada Bakıya olan maraq o dərəcədə böyükdür ki, artıq sözügedən region Azərbaycanı özünün strateji tərəfdaşı qismində görür. Hər halda Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət Görüşündə Azərbaycanın da təmsil olunması bunun əyani sübutudur".

Süleyman
Xəbəri paylaş