Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yolları yeni rekorda imza atdı

Türk Hava Yolları yeni rekorda imza atdı



Türk Hava Yolları (THY) avqustun ilk iki günündə ən yüksək gündəlik sərnişin və uçuş sayına görə, yeni bir rekorda imza atıb.

Newscenter.az Şirkətə istinadən bildirir ki, avqustun 1-də THY 248.922 sərnişin daşıyaraq indiyə qədər əldə etdiyi rekordu yeniləyib. 2 avqust tarixində isə THY 248.318, AJet isə 104.397 sərnişin daşımaqla ümumilikdə daşınan sərnişinlərin sayını 352.715-ə çatdırıb.

Eyni gün Türk Hava Yolları və AJet əməliyyatları tərəfindən 1.388 uçuş da daxil olmaqla, ümumilikdə 1.970 uçuş həyata keçirilib.

THY-dən bildirilib ki, göstərilən müddət ərzində şirkət yükdaşımalarında da yüksək göstərici əldə edib.

Süleyman
Xəbəri paylaş