Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İranla müharibədə taktikasını dəyişib

ABŞ İranla müharibədə taktikasını dəyişib


ABŞ və İran arasındakı münaqişə yeni, daha mürəkkəb bir forma alıb. Vaşinqtonun əsas məqsədi İslam Respublikasında daxili sabitliyi pozmaqdır.

Newscenter.az TASS-a istinadən bildirir ki. bu fikri Rusiya Ticarət və Sənaye Palatasının Rusiya-İran Biznes Şurasının sədr müavini, şərqşünas və diplomat Oleq Akuliniçev səsləndirib.

"Hibrid müharibə alətləri artıq ön plana çıxır və məqsədi İranın hərbi məğlubiyyətindən daha çox daxili sabitliyi pozmaqdır", - deyə o bildirib. Ekspert qeyd edib ki, vəziyyət şahmat oyununa bənzəyir və hazırda hər iki tərəf bir-birinə təzyiq göstərmək üçün yeni, yaradıcı və qeyri-ənənəvi yollar axtarır.

Akuliniçev qeyd edib ki, müharibə hələ bitməyib. O, sadəcə olaraq şiddətli hərbi, diplomatik və informasiya manevrlərinin yeni mərhələsinə qədəm qoyub və hər iki tərəf münaqişənin inkişafının öz versiyasını tətbiq etməyə çalışır.

Anar
Xəbəri paylaş