
Rusiyada 2026-cı ilin yanvar-iyul ayları arasında araq istehsalı 4,6% azalaraq 36,142 milyon dekalitra düşüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Alkoqol Bazarına Nəzarət üzrə Federal Xidmət məlumat yayıb. Xidmətin məlumatına görə, bu dövrdə konyak istehsalı isə 8% azalaraq 3,726 milyon dekalitra düşüb.
Fermentləşdirilmiş içkilərin istehsalı da 1,8% azalaraq 542,129 milyon dal, pivə istehsalı 1,7% azalaraq 463,737 milyon dal, o cümlədən 0,5%-lik möhkəmlikli pivə istehsalı 1,7% azalaraq 8,6% təşkil edib.
Pivə istehsalı da 3,7% azalaraq 69,323 milyon dal olub.
Anar












































