Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yasamalda bərbad işıqlandırma sistemi, yaxud insanları tələyə salan oyun

Yasamalda bərbad işıqlandırma sistemi, yaxud insanları tələyə salan oyun


Paytaxtın bir sıra ərazilərində olduğu kimi, Yasamal rayonunda da küçələrin işıqlandırılması məqsədlə işıq dirəklərinin quraşdırılması zamanı ciddi pozuntulara yol verilib. Bu sahəyə müvafiq olan qurumlar üzərilərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək əvəzinə vətəndaşlar üçün əlavə problem yaratmağa üstünlük veriblər. Necə ki, Şəfaət Mehdiyev küçəsində olduğu kimi.

Redaksiyamızın əməkdaşının ərazidən lentə aldığı fotolardan aydın olur ki, işıqlandırma prosesi zamanı daha çox vətəndaşı tələyə salmaq qarşıya başlıca məqsəd qoyulub. Belə ki, sözügedən küçədə işıq dirəkləri piyada keçidinin ortasında quraşdırılıb. Sərnişin avtobus dayanacağında düşüb işıqfora tərəf gedənə qədər piyada keçidinin ortasında quraşdırılmış 3 işıq dirəyi ilə qarşılaşmalı olur və hər üç halda da məcbuiriyyət qarşısında qalaraq qısa müddətlik də olsa avtomobil zolağına daxil olub, sonra yolunu piyada keçidi ilə davam etdirmək zorunda qalır. Piyada keçidi boyunca hərəkət üçün ciddi mane yaradan ağac budaqlarının yaratdığı problem isə bir başqa dərddir.

100 metrə yaxın məsafəni həm zülmlə, həm də həyatına yaratdığı təhlükə ilə davam etməmək üçün bəzi vətəndaşlar yolun piyada keçidi olmayan hissəsindən qarşı tərəfə keçməyə üstünlük verirlər ki, bu halda da polis cəriməsi ilə üzləşirlər. Bir sözlə Yasamal rayonu Şəfaət Mehdiyev küçəsinin işıqlandırılması üçün quraşdırılan işıq dirəkləri insanların rahatlığı, küçələrin işıqlandırılmasından daha çox vətəndaşı tələyə salmağa hesablanıb.

Süleyman
Xəbəri paylaş