Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın silah ehtiyatları azalıb

ABŞ-ın silah ehtiyatları azalıb


İranla münaqişə nəticəsində ABŞ hərbi silah ehtiyatları ən aşağı səviyyəyə düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə ABC News məlumat verib. Bildirilir ki, mövcud vəziyyət ABŞ prezidenti Donald Trampı İslam Respublikasına qarşı hücumları bərpa etməkdən çəkindirə bilər.

Azalan silah ehtiyatları sırasında Patriot hava hücumundan müdafiə raketləri və ehtiyatı iki dəfə azaldılmış THAAD tutucu raketləri daxildir. CNN əvvəllər mənbələrə istinad edərək ABŞ-ın müharibədən əvvəlki səviyyələrlə müqayisədə THAAD tutucu raketlərinin təxminən 80%-ni, eləcə də Patriot raket ehtiyatının təxminən yarısını sərf etdiyini göstərən məlumatlara istinad etmişdi.

Həmçinin, İrana uzaq məsafələrdən zərbə endirmək üçün istifadə edilən uzun mənzilli ATACMS və PrSM raketlərinin ehtiyat səviyyəsinin aşağı olması böyük narahatlıq doğurur.

Anar
Xəbəri paylaş