Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın və onun əhalisinin başqa çıxış yolu yoxdur

Ermənistanın və onun əhalisinin başqa çıxış yolu yoxdur


Ermənistan ərazisində, erməni stadionunda, erməni polisi erməni vətəndaşın əlindəki seperatçı rejimin əski erməni parçasını müsadirə edib. Bu əski parçasının müsadirə edilməsi xüsusi bir əhəmiyyət daşıyan hadisə deyil, heç bir halda ərazidəki və masadakı vəziyyəti də dəyişə biməz. Amma dəfələrlə təkrarlanan bu hadisənin başqa tərəfləri var.
Əslində ilk baxışdan bu müsadirə faktı qalıb Azərbaycan ilə məğlub Ermənistan arasında münasibətlərin pozmamaq məqsədilə atılan doğru addımdır, hətta Ermənistan əhalisinin böyük bir hissəsi bu addıma dəstək verir, amma müsadirə özlüyündə Ermənistan qanunvericiliyinə ziddir addımdır. Çünki bu müsadirə mövcud Ermənistan qanunvericiliyində nəzərdə tutulmur və siyasi rəhbərliyin verdiyip şifahi göstərişə əsaslanır. Ermənistan ərazisində seperatçı rejimin simvollarının istehsalı, satışı, daşınması, ölkəyə gətirilməsi, ölkədən çıxarılması və təbligi qadağan deyil. Bəs bu vəziyyətdən çıxış yolu varmı? Məncə var.

Bilirik ki, Ermənistan yaxın aylarda yeni konstitusiya qəbul etməyə hazırlaşır. Ləng də olsa yeni mətn hazırlanıb. Əvvəllər deyildiyini, Ermənistan konstitusiyasında dəyişiklik olmayacaq, bu müəlliflərə çox sayda çətin suallar yarada bilər. Yeni konstitusiya qəbul ediləcək. Ermənistanin yeni konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı mövcud olan ərazi iddiaları mütləq çıxarılacaq, erməni xalqı da bu iddialardan əl çəkdiyini referendum vasitəsilə bütün dünyaya bəyan edəcək. Bunlar hamısı mütləq olacaq, çünki Ermənistanın və onun əhalisinin başqa çıxış yolu yoxdur.

Yeni konstitusiyada iki mühüm məsələnin də əks olunması Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin daha sürətlə normallaşmasına şərait yarada bilər ki, bunlardan biri seperatçı rejilm simvollarının qadağan edilməsi və buna görə hüquqi məsuliyyətin təyin edilməsi ilə bağlıdır.

İkinci məsələ isə Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıdışı ilə bağlıdir. Bəlkə də Ermənistanda bu iki məsələyə etiraz edənlərin sayı, ərazi iddialarının konstitusiyadan çıxarılmasına etiraz edənlərin sayından daha çox olacaq, amma proseslərin gedişatı onu göstərir ki, Ermənistan son illər ərzində dəfələrlə tələblərimizə əvvəlcə yox deyib, 1-2 ay sonra isə bizim tələblərimizi "Ermənistanın təklifləri" kimi ictimaiyyətə təqdim edib. Qarabağın kimə aid olması, Zəngəzur dəhlizi, rus kontingentinin fəaliyyəti, Laçın sərhəd keçid məntəqəsinin qurulması, Qarabağa humanitar yardım gətirilməsi, sərhədlərin demarkasiya prosesi və onun istiqaməti, antiterror əməliyyatı zamanı Ermənistandan tələbimiz, Qazaxın kəndlərinin qaytarılması və s. kimi məsələləri və onların nəticələri bir çoxlarına yaxşı məlumdur.

Odur ki, Ermənistanda konstitusiya layihəsi ilə məşğul olan şəxslər bu tələbləri səxsi təklifləri kimi müzakirə edərək dayanıqlı sülhün və qarşılıqlı etimadın əldə olunmasına gedən yolu daha da qısalda bilərlər.

Ermənistan ənənəvi müttəfiqləri ilə ciddi problemləri var. Yeni müttəfiqlər hələlik yoxdur. Köhnələr arasından bəziləri geosiyasi maraqlarına görə Ermənistana kimsənin almadığı 3-5 ədəd silah verməklə kifayətlənirlər. Amma onlar regiondan çox uzaqdadir.

Ernənistanın təhlükəsizliyinə zəmanəti yalnız Azərbaycan zəmanət verə bilər. Bizim tələb və təkliflərə İrəvan maksimum dərəcədə diqqətlə yanaşmalıdır. Bu regionun, xüsusilə də Ermənistanın inkişafı üçün yeganə çıxış yoludur.

Ədalət Verdiyev, hərbi ekspert
Xəbəri paylaş