Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin və uşaqların hüquqları niyə eyni həssaslıqla qorunmur?



Hörmətli Məktəbəqədər və ÜmumiTəhsilüzrəDövlətAgentliyi!
Artıq 3 aya yaxındır ki, məktəbəqədər təhsil sahəsində baş verən qanun pozuntuları ilə bağlı ardıcıl şəkildə müraciətlər edirəm. Təəssüf ki, bu günə qədər mənə hüquqi əsaslandırılmış cavab təqdim edilməyib.
Sizə bir neçə açıq sualım var:
• Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı qərarlar hansı qanuna və ya Nazirlər Kabinetinin hansı qərarına əsaslanıb? • Niyə həmin hüquqi sənəd mənə təqdim edilmir? • Əgər belə bir sənəd mövcuddursa, niyə 3 aydır vətəndaşdan gizlədilir? • Nəyə görə qanuni suallara konkret hüquqi cavab vermək əvəzinə formal cavablarla kifayətlənirsiniz? Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması, ərzaq təminatı, işçilərin hüquqlarının pozulması və digər ciddi problemlərlə bağlı etdiyim müraciətlər niyə araşdırılmır? • Niyə qanunlara əməl edən deyil, qanunsuzluqlara göz yuman şəxslər müdafiə olunur?Bu gün özəl məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsi və əhatəliliyin artırılmasından danışılır. Bəs dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin və uşaqların hüquqları niyə eyni həssaslıqla qorunmur?Mən imtiyaz yox, yalnız qanunun aliliyini və əsaslandırılmış rəsmi cavab tələb edirəm. Dövlət qurumlarının vəzifəsi vətəndaşın suallarını cavabsız qoymaq deyil, qanun əsasında cavablandırmaqdır.Ümid edirəm ki, bu dəfə müraciətlərimə şablon cavab deyil, konkret hüquqi əsaslara söykənən rəsmi izahat veriləcək.
Xəbəri paylaş