
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adlanan qurum azğınlaşıb.
Newscenter.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O qeyd edib ki, Dövlət Agentliyi evində sayğac olmayanlara tarifləri öz bildiyi kimi təyin edir:
"Halbuki, Tarif Şurasının qərarına əsasən bu bir adam üçün 5 kub hesablanmaqla əhali qrupu üçün 5 manat etməlidir. İki adam üçün aya 22 manat hesablayıb, hələ hədə-qorxu da gəlirlər ki, suyu kəsəcəyik".
Sahib Məmmədov bildirib ki, sözügedən qurumda zəng edib rəsmi, ya qeyri-rəsmi nəsə müraciət edəcək bir adam da yoxdur.
Süleyman












































