
Ukrayna -Rusiya müharibəsinin ilin sonunadək həlli ilə bağlı müəyyən ümidverici proqnozlar səsləndirilsə də, gedişat və hərbi əməliyyatların miqyasının genişlənməsi bu ümidləri puça çıxardı. Qarşılıqlı olaraq mülki subyektləri infrastruktur xüsusən də enerji və logistika sahələri əvvəlkilərdən daha çox hədəf alınır.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Ukraynanın son effektli hava zərbələri Rusiyada artıq müharibəni hiss etdirməkdədir və getdikcə də bu proses dırinləşməkdədir:
"Yanacaq böhranı iqtisadi çətinliklər, tətbiq edilən sanksiyalar artıq öz işini görməkdədir və cəmiyyətdə Putinə qarşı etirazlar baş qaldırmaqdadır. Əgər Qərb Ukraynaya vəd etdiyi cari il üçün 70 milyard dollarlaq hərbi, maliyyə və digər dəstəyi vaxtında çatdırsa, həmçinin Paririot Havadan Müdafiə Sistemləri və Tpmahavt raketlərinin tədarükü razılaşdırılsa müharibə Ukraynanın xeyrinə dəyişə bilər. Həm Ukrayna Silahlı Qüvvələri Rusiyanın içərilərinə daha dəqiq və dağıdıcı zərnələr endirərdi, həm də özünün hava məkanını etibarlı qoruyardı. Düşünürəm ki, Qərbin qətiyyəti və çevikliyi çox vacibdir".
Süleyman












































