Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehrandakı sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var

Tehrandakı sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var


İranın Tehran vilayətinin Nəsirabad sənaye şəhərciyindəki obyektdə yanğın qeydə alınıb.

Newscenter.az-ın məlumatına görə, "Report" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalına istinadən xəbər verir ki, yanğın alışqan istehsalı ilə məşğul olan obyektdə baş verib.

"Bu gün səhər Tehran vilayətinin Rubat Kərim bölgəsindəki Nəsirabad sənaye şəhərciyində baş vermiş yanğın nəticəsində 1 nəfər həyatını itirib və 5 nəfər yaralanıb", - Təcili Tibbi Yardım Xidmətinin məlumatından sitat gətirilib.
Xəbəri paylaş