Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslam dünyasında yeni güc mərkəzinin doğuşu

İslam dünyasında yeni güc mərkəzinin doğuşu


Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan arasındakı Məkkədə imzalanmış üçtərəfli qarşılıqlı müdafiə sazişi İslam dünyasında yeni güc mərkəzinin doğuşu anlamına gəlir. İranın ABŞ tərəfindən aldığı yaralarla rəğmən əldə etdiyi dividentləri bu saziş üç ölkənin lehinə çevirir. Yəni İran ərəb ölkələrinə ABŞ-ın onları qorya bilməyəcəyini onlara başa salmaqla yeni ittifaq yaratması axtarışına səbəb oldu ki, Türkiyə də bundan məharətlə istifadə etdi. Hansı ki, İran və Səudiyyə Ərəbistanı yaxın keçmişdə Çinin vasitəçiliyi ilə 10 mart 2023-cü ildə Pekində diplomatik münasibətlərin bərpası barədə Birgə Üçtərəfli Bəyanat imzalamışdılar.

Xoş məramlı fikirləşsək, əslində bu saziş, hansı ki, bu belədir, Türkiyə İranın bu qarşıdurmadan sonra körfəz ölkələri ilə aralarında olan münasibətlərə tarazlıq gətirməklə onları yaxınlaşdıracaq bir körpü olacaq. Hesab edirəm ki, Türkiyə və Pakistan bunu İranın əleyhinə istifadə etməyəcək. Bu, daha çox Yaxın Şərq regionunda stabillik üçün platforma olacaq.

İsrail və İran bu sazişdə özlərinə qarşı məqamlar axtarsalar da, həqiqətən də səmimi olsalar, bir-birilərinə qarşı xoş niyyətlə yaxınlaşsalar, onda Yaxın Şərqə davamlı sülh üçün şərait yarana bilər və bunun qarantı da sonradan genişlənmə ehtimalını özündə saxlayan bu ittifaq ola bilər.

Amma məsələnin cəbhələşmə istiqamətində gedəcəyi durumda bu ittifaq İran və İsrail üçün çətin günlər vəd edir. Çünki bu ittifaq mütləq bir çox region ölkələri ilə genişlənəcək. Onda "İbrahim andlaşması" da qüvvədən düşə bilər və ya aktuallığını itirər. Bu isə İsrailin təklənməsi demək olar. Bu, o demək deyildir ki, onda bu ittifaq İsrailə qarşı fəaliyyətə keçəcək. Sadəcə ən yaxşı halda İsrailin regionda olan məcburi müttəfiqləri Misir, İordaniya, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı arasındakı nisbi əməkdaşlıq zəifləyə bilər. İran isə bu müharibədən sonra aldığı yaralarla ən yaxşı halda tez ayağa dura bilməz. Bu üçlü ittifaqa qarşı olsa isə heç dura bilməz.

Azər Qasımov,

ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Xəbəri paylaş