Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zirvəni fəth edənlər və çirkabda çabalayan siyasi körpələr!

Zirvəni fəth edənlər və çirkabda çabalayan siyasi körpələr!


"Siyasət, ilk növbədə, dövlətə və cəmiyyətə xidmət vasitəsidir. Siyasəti təmizləyən insanlığa xidmət edir, onu murdarlayan isə insanlıqdan uzaqlaşır. Siyasəti dünya üçün faydaya çevirən isə əsl siyasətçi sayılır. Bu baxımdan siyasətdə kimin hansı mövqedə dayanması, hansı dəyərləri müdafiə etməsi və öz fəaliyyətini hansı maraqlara xidmət etdirməsi mühüm əhəmiyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, Azərbaycan diplomatiyasının dünya siyasətinə nəzəri töhfəsini artıq yalnız regional diplomatiya səviyyəsində qiymətləndirmək düzgün olmaz. Çünki bu diplomatiyanın və siyasi strategiyamızın dünya siyasətində artıq çox önəmli rolu var:

"Dövlətimizin müxtəlif güc mərkəzləri ilə eyni vaxtda əməkdaşlığı, heç bir siyasi blokun orbitinə və təsirinə düşməməsi, müstəqil siyasət yürütməsi, yaşadığımız regional münasibətləri və dünya güclərinin baxışlarındakı fərqliliyi xarici siyasətimizdə və diplomatiyamızda buna uyğun formalaşdıraraq çoxvektorlu diplomatiya modelini həyata keçirməyimizə imkan verir.

Çoxvektorlu diplomatiya modelini həyata keçirməklə yanaşı, bu modelin milli maraqlarımıza xidmət etməsi siyasi strategiyamızı yönəldənlərin müdrikliyinin göstəricisidir. Suverenlik + ərazi bütövlüyümüz məsələsi də diplomatiyamızın ən mühüm tezislərindən biri idi ki, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi seçmə deyil, universal tətbiq olunmalıdır. Həmin güclərə öz xarici siyasətimizlə, diplomatik davranışlarımızla göstərdik ki, əgər bu, beynəlxalq hüquqdursa, bütün ölkələrə eyni şəkildə tətbiq olunmalıdır və o hüququn tətbiqinə biz öz gücümüzlə nail olduq".

Mərkəz rəhbəri qeyd edib ki, orta gücün körpü rolunu oynayan Şərq-Qərb, Şimal-Cənub, o cümlədən Qlobal Şimal və Qlobal Cənub arasında yaxın keçmişdən dialoq platformasının yaradılmasında Azərbaycan diplomatiyası modelinin xüsusi yeri vardır:

"Bu kontekstdə COP29 tədbirini misal gətirə bilərik. 196 dövlətin və digər beynəlxalq təşkilatların iştirakı əslində buna nümunə idi. Bəli, çoxvektorlu əməkdaşlığı İlham Əliyev institusional diplomatiyaya çevirdi. Müxtəlif beynəlxalq təşkilatlara rəhbərlik edən və yaxud fəal şəkildə həmin təşkilatlarda rol oynayan Azərbaycanın 2025-ci ildə 14 mühüm beynəlxalq quruma namizədliyi böyük uğurla, böyük dəstəklə qarşılandı. Bu, məhz Prezident İlham Əliyevin diplomatik kapitalının göstəricisidir. O cümlədən, enerji və nəqliyyat diplomatiyasını siyasi diplomatiyaya bağlamaqla öz coğrafi mövqeyimizi diplomatik resurslara çevirdik. Artıq biz regional təcrübəmizi qlobal diplomatik modelə çevirmək həddindəyik. Bu, gələcəkdə dünyada Azərbaycanın diplomatik məktəbi kimi formalaşan siyasi nəzəriyyəmizin tətbiqi olacaq. Bizim dünyaya verdiyimiz siyasi nəzəriyyələrimizlə töhfələrin nə qədər qürurverici olduğunu, nə qədər əhatəli olduğunu tam olmasa da, əsas mahiyyətini güman edərək açıqladıq".

Ramil Hüseynov təəssüflə onu da vurğulayıb ki, öz davranışları ilə siyasi üfunət saçan, xarici təsirlərin köləsinə çevrilən, onların hamar olmayan masalarında oturan siyasi körpələr həmişə dövlət maraqlarını siyasi və qrup maraqlarına qurban verirlər:

"Xarici güclərin mövqeyini öz ölkəsinin maraqlarından üstün tutanlar, diplomatik uğurlarımıza hər addımda kölgə salmağa çalışırlar. Dövlətçilik əleyhinə, siyasi manipulyasiya edən, Azərbaycanın milli uğurlarını qəbul edə bilməyən konyunkturaçı siyasi körpələr, siz uşaqlıq illərindən çıxa bilmədiniz. Artıq yalanlarınız keçmir və üfunət iyi verir. Biz isə həmişə öz dövlətimizlə bir yerdə olmuşuq. Dövlətimizin uğuru bizim uğurumuzdur".

Süleyman
Xəbəri paylaş