
Rusiyada uşaq bağçasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Saxalin vilayətinin Korsakov şəhərindəki 8 nömrəli uşaq bağçasında qeydə alınıb. Korsakov administrasiyası bildirib ki, hadisədən yalnız uşaqlar deyil, həm də böyüklər zərər çəkib.
"8 nömrəli uşaq bağçasında təkcə uşaqlar deyil, həm də böyüklər özlərini pis hiss etməyə başlayıblar və bu hal qusma ilə müşayiət olunub. Məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi dərhal valideynlərə məlumat verib, uşaqlar qanuni qəyyumlarına təhvil verilib və valideynlərin özləri uşaqlara tibbi yardım alıblar. 30-dan çox yoluxma halı qeydə alınıb", - deyə rəhbərlik bildirib.
Açıqlamada deyilir ki, Rospotrebnadzor mütəxəssisləri hadisə yerində işləyir, epidemioloji araşdırma aparır və lazımi nümunələri toplayır. Müstəntiqlər Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) ilə cinayət işi açıblar.
Anar












































