Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Din, məzhəb pərdəsi altında zərərli ideologiya yayanları boş buraxmaq olmaz

Din, məzhəb pərdəsi altında zərərli ideologiya yayanları boş buraxmaq olmaz


"Din, məzhəb pərdəsi altında zərərli ideologiya, zəhərli virus yayanları əsla boş buraxmaq olmaz. Çünki bu zəhəri, bu virusu müalicə etmək olmur. Yaxın Şərqdə, İranda bu virusun daşıyıcılarının hansı epidemiyanı yaydığı hamıya məlumdur".

Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı alim Tural İrfan deyib. O bildirib ki, ağacın vaxtında budanmaması, divarın vaxtında bərpa olunmaması, küçə itlərinə sərbəstlik verilməsi hardasa məmur səhlənkarlığından, yarıtmazlığından, təcrübəsizliyindən doğa bilər:

"Hər halda kütləvi hal almazsa dövlət əhəmiyyətli problem deyil. Fəqət müqəddəslik altında gizlənən iblislik, dəyərlər altında gizlədilən xəyanət, tarixi şəxsiyyətlərin obrazı arxasında gizlədilən hibrid müharibə dəhşətlidir və birbaşa dövlətə qarşı yönəlib.

Quran adı altında mövhumatın, Əhli Beyt adı altında yezidliyin, məzhəb adı altında xəyanətin, din adı altında dünyəvi quruluşa qarşı hibrid savaşın elementləri artıq aydın görünür. Vaxtında operativ, dinamik, hərtərəfli tədbirlər görülməlidir".

Süleyman
Xəbəri paylaş