
ABŞ prezidenti Donald Tramp 11 sentyabr terror hücumlarının 25-ci ildönümündə Nyu-York şəhərindəki Ümumdünya Ticarət Mərkəzinin dağıdılmış Əkiz Qüllələrinin yerindəki Milli Memorialı ziyarət etməyəcək.
Newscenter.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.
Bunun əvəzinə, Tramp Pentaqonda çıxış edəcək. Qəzetin mənbələrinə görə, Trampın komandası əvvəllər prezidentin çıxışını Milli Memorial kompleksində etmək niyyətində olduğunu bildirmişdi. Qəzet qeyd edir ki, 2012-ci ildən bəri siyasətçilərə memorialda çıxış etmək qadağandır. Bu səbəbdən Tramp Nyu-Yorkdakı mərasimdə iştirak etmək əvəzinə, 2001-ci il sentyabrın 11-də də hücuma məruz qalan Pentaqonda çıxış edəcək.
Anar










































