Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür

Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür


Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb.

Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun tunel hissəsində baş verən qəza olub.

Belə ki, ərazidən keçən iri həcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Yanğın zamanı 215 millimetr diametrli orta təzyiqli qaz xətti zədələnib.

Gəncə Regional Qaz İstismarı İdarəsinin Gəncə xidmət sahəsinin rəis müavini Samin Hacıyev bildirib ki, hadisədən dərhal sonra əraziyə qurumun əməkdaşları və xüsusi texnikaları cəlb olunub.

Onun sözlərinə görə, hazırda qaz xəttində təxirəsalınmaz təmir-bərpa işləri aparılır: "Hazırda əməkdaşlarımız və xüsusi texnikalar hadisə yerindədir. Təmir-bərpa işləri davam etdirilir. Yanğın ərazidən keçən iri həcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində baş verib. Nəticədə qaz xətti zədələnib və ani alışma meydana gəlib. Hazırda mütəxəssislər tərəfindən təmir işləri aparılır."

Qeyd edək ki, hazırda şəhərin bir hissəsində qaz təchizatı dayandırılıb. Samin Hacıyev əlavə edib ki, işlərin günorta saatlarında yekunlaşdırılması və qaz təchizatının bərpa olunması gözlənilir.
Xəbəri paylaş