
Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayev Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavinidir.
Newscenter.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Ədil Hüseynli məlumat paylaşıb. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Elgün Feyzullayev bir ildən çoxdur vəzifədən azad edilib. Amma bəlli olub ki, həmin vaxta qədər onun adı qurumun rəsmi saytında və tutduğu vəzifə ilə birlikdə yer alıb.
Məlumata görə, Elgün Feyzullayev uzun illər SOCAR-da hüquqşünas işləyib.
Xəbərin yayılmasından sonra isə onun adı və vəzifəsi qurumun saytından çıxarılıb. Yəni, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev dostu Elgünü və özünü qorumaq üçün başqa nə edə bilərdi? Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini bu qədər imkanları varsa, bəs rəisin nəyi var?
Amma rəis Vəli Quliyev əvvəldən imkanlı olub. Vəli Quliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri olub. Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub.
Vəli Quliyevin 1984-cü ildə Sumqayıtda anadan olduğu bildirilib. 2007-ci ildə - 23 yaşı olan zaman “Parabak” ASC-nin İdarə heyətinin sədri olub.
2016-cı ildə “Parabank” ASC-nin lisenziyası ləğv edildikdən sonra bank “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC olaraq fəaliyyətini davam etdirib. “Para” BOKT-ın da sədri Vəli Quliyev olub.
Məlumat üçün bildirək ki, “Parabank” ASC 1992-ci ildə Vəli Quliyevin atası Eldar Quliyev tərəfindən təsis olunub. Hazırda “Para” BOKT-a Eldar Quliyevin digər oğlu Elnur Quliyev rəhbərlik edir.
“Para” BOKT-ın 2018-ci ildə açıqlanan maliyyə hesabatında göstərilir ki, səhinlərin 17%-i Eldar Quliyevə, 9,05%-i Elnur Quliyevə, 9,03%-i isə Vəli Qiuliyevə məxsusdur.
Son 3 ilə “Para” BOKT-ın maliyyə hesabatı açıqlanmır. Təşkilatın rəsmi saytında da bu barədə heç bir məlumat yoxdur.
Anar











































