Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya–Ukrayna: Qara dəniz müharibəsi ərzaq siyasətinə çevrilir

Rusiya–Ukrayna: Qara dəniz müharibəsi ərzaq siyasətinə çevrilir


"Böyük güclərin qarşılıqlı asılılığı artıq sadəcə iqtisadi reallıq deyil, siyasi təzyiq vasitəsinə çevrilir".

Newscenter-az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, Çin lideri Si Cinpinin ABŞ səfəri fonunda Pekin Tayvan məsələsini əsas “qırmızı xətlərdən” biri kimi saxlayır:

"Paralel olaraq kritik minerallar və nadir torpaq elementləri ABŞ–Çin rəqabətinin mühüm alətinə çevrilir.
Pərdəarxası məqam budur. Vaşinqton Çinin texnoloji yüksəlişini məhdudlaşdırmağa çalışır, lakin iki iqtisadiyyatın qarşılıqlı bağlılığı qalır. Siyasət ayrılmaq istəyir, iqtisadiyyat isə müqavimət göstərir. Buna görə Donald Tramp–Si Cinpin görüşünün siyasi çəkisi böyük razılaşmadan çox, rəqabətin sərhədlərinin müəyyənləşdirilməsindədir. Bu hadisələr fonunda İran böhranı ABŞ–Çin rəqabətinin içinə keçir:

"İran üzərində real iqtisadi təzyiqin gücləndirilməsi məsələsində əsas problemlərdən biri Çinin İran neftinin böyük alıcılarından biri olmasıdır. Vaşinqton Çin şirkətləri və maliyyə strukturlarına təzyiqi artırarsa, İran məsələsi ABŞ–Çin iqtisadi qarşıdurmasının ayrıca cəbhəsinə çevrilə bilər.
Tehran isə Hörmüz boğazından danışıqlarda siyasi alət kimi istifadə edir. Hörmüz artıq yalnız hərbi və enerji boğazı deyil, diplomatik sövdələşmə kartıdır. Burada İran məsələsinin gələcəyi təkcə Vaşinqton və Tehrandan deyil, müəyyən dərəcədə Pekinin mövqeyindən də asılı olur".

Deputat qeyd edib ki, Hörmüzdə gəmi hərəkətinin ciddi azalması Körfəz dövlətlərini alternativ ixrac marşrutlarını genişləndirməyə sövq edir:

"Səudiyyə Ərəbistanının Hörmüzdən yan keçən Şərq–Qərb neft kəmərinə yenidən xüsusi əhəmiyyət verməsi bunun göstəricisidir.

Buradan Azərbaycan üçün çox konkret nəticə çıxır: geosiyasətdə alternativ yol artıq logistika məsələsi deyil, təhlükəsizlik və siyasi müstəqillik məsələsidir. Hörmüzün başına gələnlər Orta Dəhlizin də siyasi qiymətini artırır. Azərbaycanın üstünlüyü yalnız coğrafiyasında deyil, böhran zamanı alternativ yol təqdim edə bilməsindədir".

Vüqar İskəndərov onu da qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi fonunda Qara dəniz müharibəsi ərzaq siyasətinə çevrilir:

"Son analitik materiallarda Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə kənd təsərrüfatı və ərzaq daşımalarına təsiri ayrıca ön plana çıxarılır. Burada maraqlı məqam odur ki, mümkün Qara dəniz razılaşmasına yalnız Avropa deyil, ərzaq təhlükəsizliyindən asılı olan Qlobal Cənub dövlətləri də maraq göstərir.

Yeni diplomatik formula yarana bilər. Ukrayna müharibəsinin bəzi düyünlərini Qərb–Rusiya qarşıdurması ilə deyil, üçüncü dövlətlərin iqtisadi maraqları vasitəsilə açmaq. Türkiyənin Qara dəniz mexanizmlərində yenidən vasitəçi mövqeyə çıxması Ankaranın regional çəkisini də artırar".

Anar


Xəbəri paylaş