Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbə təqaüdləri artırıldı -QIRĞIZISTANDA

Tələbə təqaüdləri artırıldı



Qırğız Respublikasının Prezidenti Sadır Japarov “Qırğız Respublikasının ibtidai, orta və ali peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün təqaüdlərin məbləğinin artırılması haqqında” Fərman imzalayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fərmana uyğun olaraq, dövlət ibtidai, orta və ali peşə təhsili müəssisələrində təhsil alan tələbələrə, eləcə də universitetdən sonrakı peşə təhsili proqramlarında təhsil alan şəxslərə sosial dəstəyi və maddi təşviqi gücləndirmək məqsədilə Qırğız Respublikası Konstitusiyasının 66 və 71-ci maddələrini rəhbər tutaraq 2027-ci il sentyabrın 1-dən etibarən dövlət ibtidai, orta və ali peşə təhsili müəssisələrində təhsil alan tələbələrə, eləcə də universitetdən sonrakı peşə təhsili proqramlarında təhsil alan şəxslərə ödənilən təqaüdlərin məbləği artırılması qərara alınıb.

Qırğız Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn zəruri tədbirləri görmək tapşırılıb.

Süleyman
Xəbəri paylaş