Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin proqram xarakterli nitqi Milli Parlamentarizm tarixinə qızıl hərflərlə yazılacaq

İlham Əliyevin proqram xarakterli nitqi Milli Parlamentarizm tarixinə qızıl hərflərlə yazılacaq


"VII çağırış Milli Məclisinin Açılış iclasında möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin proqram xarakterli nitqi Müstəqil Dövlətimizin Milli Parlamentarizm tarixinə qızıl hərflərlə yazılacaq".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O bildirib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev VII çağırış Milli Məclisinin millət vəkilləri qarşısında özünün növbəti parlaq çıxışını etdi:

"7-ci çağırış Milli Məclisinin bu iclası Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ilk iclası idi. Müstəqil Dövlətimizin Milli Parlamentarizm tarixinə qızıl hərflərlə yazılacaq bu çıxış və çıxışın hər bir cümləsi bir daha milli qanunvericiliyin təkmilləşdirilməsində, parlamentlərarası əlaqələrin genişləndirilməsində, xalqımızın, eləcə də seçicilərin etimadını doğrultmaqda VII çağırış Milli Məclisinə seçilmiş millət vəkillərinin gələcək fəaliyyətlərinin yol xəritəsi idi".

Deputat, "İnşallah bu məsuliyyətli vəzifədə səlahiyyətlərimiz daxilində bizə etimad göstərən Partiyamızın Sədrinə, xalqımıza və dövlətimizə layiqincə xidmət göstərmək üçün əlimizdən gələni əsirgəməyəcək,
Qalib Xalqımızın rifahı, dövlətimizin daha da tərəqqisi və dünya birliyində nüfuzunun artırılması üçün var qüvvəmizlə çalışacağıq",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş