Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtı köçürmək lazım deyil

Paytaxtı köçürmək lazım deyil


Paytaxt Bakıda gün-gündən artan sıxlıq, xüsusilə yollarda yaranan tıxac müntəzəm olaraq paytaxtın respublikanın regionlarından birinə köçürülməsi ilə bağlı təşəbbüslərin ortaya çıxmasına səbəb olur.

Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmrəliyev isə hesab edir ki, paytaxtı köçürmək lazım deyil. Onun sözlərinə görə, Qarabağda bərpa prosesi gedir. Həmçinin Xırdalan, Masazır kimi Bakıya yaxın bölgələrdə də yenidən canlanma var:

"Şəhərdəki mühüm obyektləri, əsasən özəl şirkətləri, zavodları, ali məktəbləri şəhərdən çıxarmaq lazımdı. Ümumiyyətlə, dövlət binalarından başqa nə varsa hamısını kənara, xüsusilə Qarabağa köçürmək lazımdır. Bu mənasız Plazalar, mollar, şirkətlər, anbarlar, bunlar nəyə lazımdı Bakıda?. Təklif edirəm Bakı Dövlət Universitetindən başqa bütün ali məktəbləri başqa rayonlara köçürülsün. Məsələn Konservatoriya. Bunun yeri Şuşadır. İqtisad Universiteti isə Zaqatalaya köçürülə bilər. ADNSU Pirallahıda niyə yerləşmir?".

Anar Əliyev
Xəbəri paylaş