"Livanın müxtəlif bölgələrində sentyabrın 17 və 18-də peycerlerin və digər rabitə vasitələrinin partlaması , dünya mediasının gündəminə bir nömrəli məsələ kimi düşdü və baş vermiş hadisələrlə bağlı ekspertlərin fərqli mövqeləri və münasibətləri mövcuddur. Ekspertlərin böyük əksəriyyətinin iddiasına görə bu hadisələrin arxasında İsrailin xüsusi kəşfiyyat qüvvələri dayanır və hadisə onlar tərəfindən həyata keçirilən terror aktıdır. Nəticəsində, 35 nəfər günahsız mülki şəxsin ölümü qeydə alınıb və 4 mindən çox insanın xəsarət alması haqda məlumatlar var".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, əslində bu kimi hadisələrin baş verməsi, bölgədə sabitliyi pozulan Yaxın Şərqdəki vəziyyəti daha da çətinləşdir və müharibənin genişlənməsi üçün zəmin yaradır:
"İsrail hökumətinin Yaxın Şərqdə yürütdüyü siyasət tamamilə səhvlər üzərində həyata keçirilir və Livandakı bu son texnoloji terror hücumlarından sonra, artıq dünya nizamının nə qədər təhlükəli bir dönəmə qədəm qoyduğunu hamı artıq gördü. Bu hadisə bir mesaj olaraq da qəbul edilə bilər. Əslində hadisə müəllifləri öz ölkələrini və vətəndaşlarını belə gələcəkdə baş verə biləcək təhlükələrə məruz qoyurlar, desək yanılmarıq. Konkret olaraq baş verməkdə davam edən hadisələr daha da böyük müharibənin gəlişini göstərməkdədir".
Anar Əliyev