Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Universitetinin loqosu tənqid olundu

Qarabağ Universitetinin loqosu tənqid olundu


Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndi Qarabağ Universitetinin loqosunu tənqid edib.

Newscenter.az xəbər verir ki, bu barədə TUMİB sədri facebook sosial şəbəkəsində paylaşım edib. Tural Əfəndi Qarabağ Universitetinin loqosunun primitiv hazırlandığını söyləyib:

"Düşünürəm ki, çox bəsit və anlamsız loqo olub. Qarabağ Universiteti sıradan bir özəl universitet olsaydı buna əsla önəm verməzdim. Azərbaycan tarixi üçün əhəmiyyətli bir hadisəni ehtiva edən, bölgənin elmi inkişafının simvolu olan universitetin loqosu ingiliscə K (Karabakh )və U (university) hərf başlıqlarının birləşməsini göstərməsi olduqca ucuz görüntü verməkdədir".

Tural Əfəndi qeyd edib ki, loqoda ən azı zəfərin və elmin sintezini yansıtacaq bir çalışma daha layiqli olardı.

Süleyman
Xəbəri paylaş