Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş direktor Sumqayıt QİS-in nümunəvi işçilərini təltif edib

Baş direktor Sumqayıt QİS-in nümunəvi işçilərini təltif edib


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Sumqayıt qaz istismarı Sahəsinin bir qrup əməkdaşı ilə görüşüb.

Newscenter.az quruma istinadən bildirir ki. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra 10 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Süleyman
Xəbəri paylaş