Hindistanın paytaxtı Dehli dünyanın ən çirkli havası olan şəhər olaraq tanınıb.
Newscenter.az Havanın Keyfiyyəti, Hava Proqnozu və Tədqiqatları Sisteminin (SAFAR) hesabatında belə qeyd edilir.
Hindistan mətbuatında yer alan xəbərlərə görə, dünən qeyd olunan Divali Festivalı çərçivəsində şəhərin bir çox yerində maye qazlarının istifadəsi nəticəsində paytaxtda PM 2,5 dərəcəsi bəzi bölgələrdə kubmetr üçün 900 mikroqrama yaxınlaşıb.
Bu o deməkdir ki, Dehlidə havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insan sağlamlığı üçün yuxarı həddi hesab etdiyi səviyyədən 23 dəfə çoxdur.
Şəhərdə hər qış tüstü, toz, aşağı küləyin sürəti, avtomobillərin tullantıları və küləşin yanması səbəbindən sıx duman əmələ gəlir.
Mehman Mehdiyev