Türkiyənin İstanbul şəhərində Qaz Ticarət Mərkəzi yaradılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı energetika naziri Alparslan Bayraktar verib.
O qeyd edib ki, layihədə “Bota” və “Qazprom” şirkətləri iştirak edir.
“Bota” və “Qazprom”un iştirakı ilə beynəlxalq qaz qovşağı layihəsi çərçivəsində qaz ticarət mərkəzi 2025-ci ildə yaradılacaq.
"2025-ci ildə Bota və Qazprom ilə ortaq şəkildə İstanbul maliyyə mərkəzində ticarət platformasını işlədəcək güclü bir infrastruktur yaradacağıq",- deyə nazir bildirib.
Mehman Mehdiyev