"Qərb, Gürcüstanı müvəqqəti də olsa, Rusiyaya verdi, demək olar. Çünki, gürcü xalqı, Azərbaycan xalqı kimi döyüşüb, torpaqlarını azad etmək arzusunda deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Gürcüstanda parlament seçkilərindən sonra cərəyan edən prosesləri şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya Gürcüstana bütün torpaqları qaytarmağı söz verib.
Ekspertin qənaətincə, Qərbin gürcü müxalifətinə dəstək verməməsinin başlıca səbəbi bu düşərgənin zəif olması ilə bağlıdır:
"Gürcüstan prezidenti Salomo Zurabişvili deyir ki, Qərb təzyiq etməlidir. Qərb isə, müxalifəti birlik olmamaqda və zəiflikdə günahlandırır".
Anar Əliyev