Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəbdə fövqəladə hallara hazırlıq təlimi keçirilib

Məktəbdə fövqəladə hallara hazırlıq təlimi keçirilib



Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin (FHN) birgə təşkilatçılığı ilə Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Newscenter.az xəbər verir ki. təlimi FHN-nin nümayəndələri Məhbubə Mustafayeva, Nizami Fərəcov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova və digər qonaqlar izləyiblər.

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin müəllim-şagird kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanmasından ibarətdir.

Tədbir nəzəri və praktiki hissədən ibarət olub.

FHN-in əməkdaşları nəzəri hissədə təlim iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarx nümayiş etdiriblər.

Sonra təlimin praktiki hissəsinə start verilib.

Təlimdə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, yanğınla mübarizə tədbirlərinə başlayıblar. Məktəbdə təxliyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə ilkin yardım göstərilib.

Məktəblilər fövqəladə hallarda davranış qaydaları ilə bağlı real hərəkətləri yerinə yetiriblər.

Qeyd edək ki, müvafiq təlimlər BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil müəssisələrində də davam etdiriləcək.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş