Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı təəssüfedicidir

Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı təəssüfedicidir


Türkiyədən Ukrayna Silahlı Qüvvələri üçün silahlar verilməsi təəssüfedicidir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etmək istəyini nəzərə alsaq, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır",- deyə Lavrov bildirib.

Lavrov təəssüf hissi ilə qeyd edib ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir.

Eyni zamanda o qeyd edib ki, Rusiya Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndirir.

Mehman Mehdiyev
Xəbəri paylaş