Avropada qazın orta qiyməti oktyabrın sonunda 10% artaraq 1 min kubmetr üçün təxminən 456 dollar təşkil edib.
Newscenter.az TASS-a istinadən biildirir ki, 2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 408 dollar təşkil edib.
Qazın orta qiymətinin artması bir neçə amillə əlaqədar baş verib. Buna isitmə mövsümü başlamazdan əvvəl Avropada LNG-yə tələbatın artması, anbarlardan qazın çıxarılmasının əhəmiyyətli dərəcədə artması və ayın sonunda Norveçdən tədarükün kəsilməsi səbəb olub.
Mehman Mehdiyev