Noyabrın 26-27-də Ufada Qazaxıstan və Rusiya arasında 20-ci regionlararası əməkdaşlıq forumu keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, forum Qazaxıstan və Rusiyanın regionlarındakı şirkətlərlə, o cümlədən Başqırdıstanın investisiya potensialı ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və Başqırdıstan Respublikasında biznesin açılması şərtləri ilə tanış olmaq imkanı verəcək.
Biznes proqramına dövlət başçılarının iştirakı ilə plenar iclas, ticarət, investisiya, nəqliyyat və sənaye sahələrində əməkdaşlığa dair panel sessiyaları, Rusiya-Qazaxıstan İşgüzar Şurasının iclası və Qazaxıstan və Rusiyanın ən yaxşı dizaynerlərinin moda nümayişi, qastronomiya, musiqi festivalları daxildir.
Forum çərçivəsində “Rusiya və Qazaxıstanda gənclərin sahibkarlığı: təcrübə mübadiləsi və tərəfdaşlıq perspektivləri” adlı gənc liderlərin forumu da keçiriləcək.
Anar Əliyev