Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda Fransa kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir

Qazaxıstanda Fransa kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir




Bu gün Qazaxıstanda Fransa kapitalı ilə 200-dən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronla görüşündə deyib. O deyib ki, Fransanın biznes nümayəndələri Qazaxıstanda fəal işləməyə can atırlar.

Fransa prezidenti isə Qazaxıstan-Fransa əməkdaşlığının inkişafına yeni təkan verəcək danışıqların vacibliyini vurğulayıb.

Qeyd edək ki, danışıqlar zamanı dövlət başçıları maşınqayırma, nəqliyyat və logistika, kənd təsərrüfatı, enerji, sənaye kooperasiyası, iqlim, rəqəmsal inkişaf və səhiyyə sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini ətraflı müzakirə ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş