
Litva Belarusla sərhəddə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, buna baxmayaraq Belarus hələ də Litvadan sərhəd keçid məntəqələrindəki əməliyyat prosedurları ilə bağlı rəsmi bildiriş almayıb. Nəticədə 1600-ə yaxın yük maşını sərhəddə saxlanılıb və onlar Belarusa keçmək üçün növbə gözləyir.
Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti bəyan edib ki, məhdudiyyətlər Benyakoni və Medininkay sərhəd-keçid məntəqələrində ytətbiq olunub.
Eyni zamanda Litvanın Şalçininkay sərhəd-keçid məntəqəsindəki nəzarət xidmətləri də son 24 saat ərzində bir dənə nəqliyyat vasitəsini öz ərazilərinə buraxmayıb, Nəticədə 720 yük maşını sərhəddə qalıb.
Mehman Mehdiyev











































