"ABŞ seçkilərinin mahiyyətini müəyyən replikalara və ya hadisələrə görə proqnoz etmək doğru olmaz. Seçkinin nəticələrini yeni dünya düzəni formalaşması kontekstində analiz etsək daha doğru olar. Hakimiyyətə kimin gələcəyini bu düzənə mane olmayacaq şəkildə böyük güclərin maraqları çərçivəsində dəyərləndirmək lazımdır".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, Ukrayna müharibəsində artıq, böyük ölçüdə Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılmasının mümkün olmadığı qənaətinin kəsinləşdiyi bəllidir:
"Şərqi Avropanın Rusiyanın onlara hücüm edəcəyi qorxusu fonunda NATO-dan gözləntiləri zəifləyir və onlar özləri öz müdafiələrini təşkil etmək üçün hərəkətə keçirlər. Çin məsələsinə baxış ABŞ-da hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq eynidir. Çin ABŞ-ın bir nömrəli düşmənidir, amma sözün birbaşa yox, dolayısı mənasında. İranın da son hadisələr fonunda əl-qolu açılıb. İranı dayandırmağın yolu və İsraili rahatlandırmağın tək yolu onu çəkindirməkdir".
Azər Qasımovun sözlərinə görə, ABŞ-da hakimiyyətə elə adam gəlməlidir ki, geositasəti vəziyyət ABŞ-a sərf eləsin. ABŞ-a Rusiyanın qorxusu ilə Avropanın ondan asılı olmasını təmin etmək lazımdır:
"Amma ABŞ-da yaxşı gördü ki, Rusiyanın əslində real olaraq Avropaya hücum etmək imkanı yoxdur. Ukraynanın torpaq itirərək məğlub olması durumunda ABŞ-ın reputasiyası qorunmalıdır. Bir sözlə, ABŞ-ı bu durumda respublikaçı Trampın hakimiyyətə gəlməsi qane edir. Hesab edirəm ki, Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçiləcək".
Süleyman