"Dünya Trampın, yoxsa Harrisin seçkidə qələbə qazanacağı ilə bağlı nəticəni həyacanla gözləsə də heç birinin bu dünyanı çiçəkləndirmək haqqında düşüncəsi yoxdur".
Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O deyib ki, Harris ABŞ-ın xarici siyasətinə fokslandığı üçün seçildiyi halda yüksək gəlir vergisi və artan maliyyə yükləri səbəbindən ABŞ fond bazarına bəzi mənfi təsirləri olacaqdır. Və təbii ki, dünyada yenə q@n su yerinə axacaq:
"Tramp seçilsə ABŞ-ın daxili iqtisadiyyatını gücləndirmək üçün tarifləri artırmaq, vergiləri azaltmaq və tənzimləmələri azaltmaq vədlərinə sadiq qalarsa, beynəlxaql öhdəliklərə və müqavilələrə diqqət azalacaq, xarici ticari rəqiblər əziləcək, fond bazarında artım dinamikası, eləcə də kriptovalyutalara qədər bir çox istiqamətlərdə aktivlik müşahidə ediləcək.
Dünya üçün ən böyük önəmliolan əsas fərq isə bu olacaq ki, ikinci seçilərsə, müh@ribələrə daha az uşaq, daha az insan qurb@n gedəcək".
Anar Əliyev