"Suriyada yarım əsrdən çoxdur ki, davam edən Ərəb Sosialist BƏƏS partiyasının Suriya qolu, diktatorlar Əsəd sülaləsinin hakimiyyəti, ölkənin silahlı müxalifəti tərəfindən devrildi. Görünən odur ki, Əsad rejiminin devrilməsi prosesi çox sürətli şəkildə və yüksək peşəkarlıq səviyyəsində başa çatdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, keçici hökumət qurulub və ölkənin sabitliyi təmin edilir:
"İnsanlar ölkələrinə geri dönürlər. Türkiyə xarici işlər naziri Hakan Fidan dünyanın bir çox lider ölkələrinin xarici işlər nazirləri ilə Suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində görüşlər aparır. Bu görüşlər ölkədəki qüvvələrin ortaq maraqlarını nəzərə almaq və ölkənin gələcəyi üçün zəruri tədbirləri ələ almaq məqsədi daşıyır".
Çingiz Şahbazi qeyd edib ki, Bəşər Əsəd rejiminin süqutu Suriya xalqına böyük güc və stimul verib:
"Sözsüz ki, xalq bütün məsələlərdə öz sözünü deyəcək. Düşünürəm ki, Türkiyə orda ana güc rolunu oynayır və geosiyasi, geoiqtisadi maraqları olan ölkələr, Suriyada və ümumiyyətlə bölgədə baş verən hadisələrlə bağlı Türkiyəsiz heç bir qərar qəbul edə bilməyəcəklər. Türkiyə ölkədəki qüvvələrə tam nəzarət edir və bu səbəbdən qüvvələr arasında heç bir toqquşma olmayacaq".
Anar Əliyev