Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, tiktokerlərin iştirakı ilə təşkil edilən və qaliblərə 10 min manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub.
Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən "Report"un yerli bürosuna təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.