Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir qazax həkimlərinə təşəkkür edib

Nazir qazax həkimlərinə təşəkkür edib


Azərbaycanın Səhiyyə Nazirliyi təyyarə qəzasında zərər çəkmiş vətəndaşlara köməklik göstərən Qazaxıstan həkimlərinə təşəkkür məktubu göndərib.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Məktubda deyilir: "Təyyarə qəzasında həlak olan Qazaxıstan xalqına dərin hüznlə başsağlığı veririk. Təcili yardım xidmətinə, ixtisaslı həkimlərə, gətirilən xəstələrə yüksək keyfiyyətli müalicə göstərən mütəxəssislərə dərin təşəkkürümüzü bildiririk”.

Eyni zamanda, Qazaxıstan Səhiyyə Nazirliyi Mangistau vilayətinin Səhiyyə Departamentinin rəhbərliyinə, zərərçəkənlərin xilas edilməsi və onlara yardımın təşkili üçün səfərbər olan bütün həkimlərə minnətdarlığını bildirib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipajla birlikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həlak olub, 29 nəfər sağ qalıb.

Mehman Mehdiyev
Xəbəri paylaş