Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Afrikanın itirilməsi Fransa kontekstində ən arzuolunmaz situasiyadır

Afrikanın itirilməsi Fransa kontekstində ən arzuolunmaz situasiyadır


Çad və Seneqal hökumətləri Fransa hərbi varlığının ölkələrindən çıxırılması ilə bağlı qərar qəbul edib. Artıq, Yelisey Sarayının əsrlərdir davam edən Afrika istilası sona çatmaq üzrədir. Təbii ki, bu dünyada gedən qlobal geosiyasi rəqabətin bir parçasıdır və Emanuel Makron rəqabət apara biləcək qabiliyyətdə bir siyasətçi deyil.

Afrikanın itirilməsi Fransa kontekstində ən arzuolunmaz situasiyadır.

Çünki, Afrika Paris üçün hər zaman əvəzsiz xammal və inkişaflarını stimullaşdıran məkan kimi xarakterizə olunub. Qara qitənin ucuz işçi qüvvəsi və zəngin yeraltı-yer üstü sərvətləri Fransanı qlobal miqyaslı oyunçu olmasını şərtləndirən əsas faktorlardandır. Belə olduğu təqdirdə itirilən hər bir mövqe fransızları Qlobal oyunçudan regional gücə geriləməsinə zəmin yaradır.

Ancaq zaman dəyişir və dəyişdiyi kimi də yeni güclər və oyunçular meydana çıxır. Bunların sırasında qardaş Türkiyənin də olması hər birimizi sevindirir. Rəsmi Ankara Afrikada bütün aspektlərdə fəaliyyətini genişləndirir və ən əsası bunu arzulanan güc simasında həyata keçirir. Bu olduqca vacib bir detaldır. Qitə insanı Türkiyəni lider, prezident Ərdoğanı isə xilaskar olaraq qəbul edir.

Türkiyə ilə yanaşı, Azərbaycan da Afrikada siyasi dayaqlarını möhkəmləndirməkdədir. Qoşulmama Hərəkatı çərçivəsində cənab Prezident İlham Əliyevin çıxışları qitə dövlətlərində kifayət qədər geniş rəğbət qazanıb və bunu onlar haqq səslərinin beynəlxalq səviyyədə çatdırılması kimi qiymətləndirlər.

Bununla yanaşı Heydər Əliyev Fondunun qitə ölkələrində həyata keçirdiyi humanitar fəaliyyətlər Azərbaycanın nüfuzunu yüksəldən, insanlıq naminə isə əvəzsiz xidmətlərdir.

Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri
Xəbəri paylaş