Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya enerji sektoruna dövlət dividendlərinin qaytarılmasını müzakirə edir

Rusiya enerji sektoruna dövlət dividendlərinin qaytarılmasını müzakirə edir


Rusiyanın Energetika Nazirliyi Maliyyə Nazirliyi ilə dövlət enerji şirkətləri tərəfindən dövlətə ödənilən dividendlərin, eləcə də vergi gəlirlərinin bir hissəsinin sənayenin inkişafına yönəldilməsi imkanlarını müzakirə edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə nazir müavini Yevgeni Qrabçak Dövlət Şurasının energetika komitəsində çıxışı zamanı bildirib. O əlavə edib ki, bu təklifin hazırda nazirlik tərəfindən hazırlanmaqda olan “Elektroenergetika haqqında” qanunda əksini tapması təklif edilir.

"Heç kim dividendlərə toxunmur. Səhmdar cəmiyyətləri haqqında qanun var ki, dividentlərin necə formalaşması, bölüşdürülməsi və ödənilməsi qaydasını müəyyən edir. Dövlət bəzi şirkətlərdə səhmdardır. Biz haqlı olaraq Maliyyə Nazirliyi ilə müzakirə edirik ki, səhmdarlara dividendlər ödənildikdən sonra onların bir hissəsi və ya hamısı investisiya resursları kimi istifadə oluna bilər",-deyə o bildirib.

Qrabçak onu da aydınlaşdırdı ki, sənayenin inkişafına dəstəyin maliyyələşdirilməsi üçün Energetika Nazirliyi alınan vəsaitlərin – dividendlərin və vergi gəlirlərinin bir hissəsinin xüsusi inkişaf institutu vasitəsilə enerji sənayesinə, o cümlədən bank faiz dərəcələrinin subsidiyalaşdırılmasına yönəldilməsini təklif edir.

Mehman Mehdiyev
Xəbəri paylaş