Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sankt-Peterburqdan Bakıya uçan AZAL-ın təyyarəsi uçuş-enmə zolağından çıxıb

Sankt-Peterburqdan Bakıya uçan AZAL-ın təyyarəsi uçuş-enmə zolağından çıxıb


Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsində texniki nasazlıq qeydə alınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, təyyarə Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya doğru hərəkət edirmiş.

Məlumata görə, Sankt-Peterburqdan Bakıya uçan “Azərbaycan Hava Yolları”nın təyyarəsi texniki nasazlıqlar səbəbindən uçuş hava limanına qayıdıb. Təyyarə Pulkova Java Limanına eniş edib. Təyyarədə texniki nasazlığın nədən qaynaqlandığı barədə məlumat verilməyib.

TASS-ın məlumatına görə, Sankt-Peterburq hava limanı Bakıya uçan təyyarənin uçuş-enmə zolağından çıxması ilə əlaqədar bütün uçuşları müvəqqəti dayandırıb.

b]Mehman Mehdiyev[/b]
Xəbəri paylaş