
Rusiya yanvar-sentyabr aylarında Çinə 7,29 milyard dollar dəyərində boru kəməri vasitəsilə qaz ixrac edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi (GAC) məlumat yayıb. Bildirilib ki, bu rəqəm tədarükün illik müqayisədə 18,9% artması deməkdir.
Agentliyin elektron sistemində yenilənmiş statistikaya əsasən, Rusiya aparıcı təchizatçıdır.
Çinə qaz ixrac edən ölkələr siyahısında Rusiyadan sonra uzun müddət böyük fərqlə birinci yeri tutan Türkmənistandır. Yanvar-sentyabr aylarında Türkmənistandan Çinə qazın tədarükü 12,7% azalaraq 6,46 milyard dollar təşkil edib.
Mehman Mehdiyev