ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yenidən hakimiyyətə sahiblənməsinə təxmini bir həftə qalır və Trampın gəlişinə cavab olaraq, ölkənin bəzi ştatlarında yanğınlar baş alıb gedir.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bu hadisələr onu deməyə əsas verir ki, ABŞ -da siyasi və iqtisadi baxımdan çəkişmələr daha da ciddi bir mərhələyə qədəm qoyub:
"Tramp hələ prezident postuna oturmayıb, hakimiyyəti ələ almayıb, artıq bir çox qeyri adi, ABŞ-a yaraşmayan mesajlar verməklə məşğuldur. Bu mesajlar beynəlxalq normalara və hüquqa daban-dabana ziddiyyət təşkil edir. Mesajlar əsasən separatçılıq və işğalçılıq xarakterli çağırışlardır və bu arada artıq Rusiyanın da bu qəbildən mesajları gecikmədi. Rusiya da postsovet məkanına daxil bütün ölkələri yenidən bərpa etmək fikrində olduğunu bəyan etdi. Həqiqət isə ondan ibarətdir ki, bütün bu mesajların tərkibində ədalət axtarışı faydasızdır və yersizdir".
Anar Əliyev