Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın hədəflərindən biri Beynəlxalq Cinayət Məhkəməsidir

Trampın hədəflərindən biri Beynəlxalq Cinayət Məhkəməsidir


Trampın hədəflərindən biri də Ermənistanın təzəcə üzv olduğu Beynəlxalq Cinayət Məhkəməsidir (İCC). Tramp bu quruma sanksiya tətbiq etməyi planlaşdırır. Sanksiya təşkilatın özünə, hakimlərə və prokurora tətbiq edilə bilər. BCM İsrail baş naziri və keçmiş müdafiə nazirinə qarşı müharibə cinayətləri törətməklə bağlı cinayət işi açıb. Trampı qəzəbləndirən də əsasən budur. Onsuz da ABŞ bu məhkəməni mənasız bir quruma çevirmişdi. Dünyanın 150-yə yaxın ölkəsi ilə (o cümlədən Azərbaycanla) ikitərəfli müqavilə bağlayaraq müharibə cinayətləri törətməkdə təqsirləndirlən ABŞ vətəndaşlarına münasibətdə məhkəmə ilə əməkdaşlıq etməməyə razılaşmışdır. Yəni bu ölkələr müharibə cinayətində təqsirləndirlən ABŞ vətəndaşlarını saxlayıb məhkəməyə təhvil verə bilməz. Dünyada baş verən müharibə cinayətlərinin isə 96%-ni məhz ABŞ vətədaşları törədir.

Sahib Məmmədov
Xəbəri paylaş