Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buğda istehsalı artacaq

Buğda istehsalı artacaq


2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının 2023/2024-cü ilə nəzərən 2 milyon ton artaraq 793 milyon ton olacağı proqnozlaşdırılır.

Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair hazırladığı qısa icmala istinadən bildirir ki, məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 1060 milyon ton olacağı gözlənilir.

Qlobal buğda ehtiyatları həcminin isə 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 259 milyon tona enəcəyi nəzərdə tutulur.
Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.

Anar Əliyev
Xəbəri paylaş