Mal ətinin dünya bazarı qiymətində qeyri-sabitlik müşahidə olunur.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair hazırladığı qısa icmala istinadən bildirir ki, keçən ilin dekabr ayında mal ətinin 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 0.8 faiz artaraq 6.2 ABŞ dolları səviyyəsinə yüksəlib.
2024-cü ilin dekabr ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti isə əvvəlki aya nisbətən 2.3 faiz artaraq 9.6 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Mal ətinin qiymətində ən yüksək göstərici keçən ilin avqust ayında qeydə alınıb. Həmin dövrdə mal ətinin 1 kiloqramının orta qiyməti 6,34 dollar təşkil edib. Qoyun ətinin ən yüksək qiyməti isə keçən ilin mayında 1 kiloqram üçün 9,67 dollar olub.
Anar Əliyev